Breadcrumb

Santen-də karyeralar

Gələcəyin təsəvvürü

Santen şirkəti insan üçün çox dəyərli olan görmə qabiliyyətini qorumağa çalışır və regionun qabaqcıl oftalmologiya şirkəti olmaq üçün yatırım edirik. Keçən iyirmi il ərzində inkişaf edərək  Avropa, Orta Şərt və Afrikada (EMEA) 50-dən çox bazarda iştirakımızı təmin etmişik və xəstələr üçün daha yaxşı nəticələrin əldə edilməsində bizə köməkçi olacaq ambisiyalı və sadiq insanlar axtarırıq.  Bu təsvirə uyğunsunuzsa sizinlə tanış olmağa məmnun olarıq. 

Bu bizim üçün həyəcanlı zamandır və biz müstəsna insanların bu zamanın bir parçası olmasını istəyirik.  Bu zamanın bir parçası olmasından da çox sizin istedadınızın bizim yüksəliş və inkişafımızı bizimlə birlikdə irəli daşımanızı istəyirik. Çünki bizim gələcəklə əlaqədar qurduğumuz planlarımızı gerçəkləşdirən insanlar məhz bizimlə işləyən insanlar, məhz onların coşqusu, yaradıcı düşüncəsi və peşəkarlığı xəstələrin həyatlarına günbəgün fərqlilik gətirir. 

Yeni imkanlar sizi həvəsləndirirsə, çətinliklərə meydan oxumağa hazırsınızsa və işgüzar fəaliyyətin çevik və dəyərlərə sadiq olduğuna inanırsınızsa Santen-də işləmək üçün mükəmməl namizəd ola bilərsiniz. 

Əməkdaşlarımız dünya görüşünü artırmağa və karyeralarında irəliləməyə kömək edən maraqlı və perspektivli imkanlarla qarşılaşırlar. Fəaliyyətimizdə mövcud olan bir çox vəzifə və təcrübələrlə komandalarımıza imkanlarını genişləndirməyə və potensiallarından dəstəkləyici və əməkdaşlıq mühitində istifadə etməyə kömək edirik.